7 İyun 2015 15:45
1 440

Bakı şəhəri, Sabunçu rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobillər deformasiyaya uğrayıb, hər iki avtomobilin sürücüsü xəsarət alıb, “Daewoo” markalı avtobusda olan 1 nəfər sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər yaralıları və cəsədləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

3 saylı şəhər Klinik Xəstəxanasından ans press-ə bildiriblər ki, qəzada 25 nəfər yaralanıb. Yaralılar hazırda palatalara yerləşdirilir. Vəziyyəti nisbətən ağır olanlar reanimasiyaya yerləşdiriləcək.

Qəzada ölənlərin sayı isə 3 nəfərə çatıb. Onlardan 2 nəfəri hadisə yerində keçinib. Bir nəfər də yolda dünyasını dəyişib. Qəzada ölən iki nəfər 17-18 yaşlarında oğlanlardır. Qəza zamanı yaralananların 4-nün vəziyyəti isə nisbətən ağırdır.


Müəllif: