8 İyun 2015 14:30
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Ekspert Mərkəzinin (JEM) “Diqqət, düşmən mətbuatıdır” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihənin növbəti mərhələsində JEM təmsilçiləri iyunun 5-6-da cəbhə bölgəsinə səfər ediblər. Tovuz və Qazax rayonlarınakı düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə əsgər və zabit heyətilə görüş keçirilib, onlara layihənin mahiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

Tovuzdakı N saylı hərbi hissədə keçirilmiş görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edib. O, hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edərək Azərbayacan Ordusunun bugünkü vəziyyətinin qürurverici olduğunu , xalqın Orduya güvəndiyini və işğal altndakı torpaqlarımızın tezliklə azad ounacağına inandığını vurğulayıb. Millət vəkili qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində bu gün Azərbayacan Ordusu öz imkanlarını günü-gündən genişləndirir, müasir silahlar və yüksək göstəricilərə malik döyüş texnikası ilə təchiz olunur. Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyətindən söz açan Q.Paşayeva ölkə ictimaiyyətinin Ordudakı müsbət dəyişiklikləri diqqətlə izlədiyini və müşahidə olunan peşəkar davranış nümunələrinin yüksək qiymətləndirildiyini deyib. Millət vəkili JEM-in layihəsinin əsas prinsiplərinə də toxunaraq informasiya müharibəsinin tələb etdiyi davranış qaydalarına əməl olunmasının əhəmiyyətindən danışıb.

JEM sədri Ceyhun Musaoğlu çıxışında həyata keçirilən layihənin günümüzün əsas problemlərindən birini əhatə ediyini bildirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının aktual problemləri əhatə edən layihələrə həmişə həssaslıqla yanaşdığını deyən təşkilat sədri qeyd edib ki, Azərbaycanın Ermənistan üzərində üstünlüyü bütün digər istiqamətlər kimi informasiya müharibəsində də özünü açıq şəkildə göstərməlidir. C.Musaoğlu dövlət sirrinin mühafizəsi xüsusunda hərbi qulluqçuların üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayaraq cəbhədə baş verən hadisələr barədə kənar şəxslərin məlumatlandırılmasının ziyanlı tərəflərindən danışıb, əsgərlərin diqqətini konkret faktlara yönəldib.

Qeyd olunub ki, hərbi əməliyyatlar, Ordunun yerdəyişməsi və digər bu kimi məqamlar barədə məlumatların hansısa əsgər tərəfindən hətta ailə üzvlərinə verilməsi də son nəticədə informasiyanın ictimailəşməsinə gətirib çıxarır.

JEM sədrinin müavini Nicat Dağlar layihə üzrə hazırlanmış bildiriş lövhəsindəki məlumatlar ətrafında çıxış edib. O, ayrı-ayrı sahələr üzrə dövlət sirri təşkil edən məlumatların xarakteri barədə söz açaraq, əsgərləri lövhədəki informasiyalar – Qanundan çıxarışlarla tanış olmağa dəvət edib. JEM-in sədr müavini lövhəni hərbi hissə rəhbərliyinə təqdim edib.

Tədbirin yekununda əsgərlərə millət vəkili Qənirə Paşayevanın hədiyyələri təqdim olunub. Daha sonra düşmənlə təmas xəttində xidmət keçən əsgərlərlə görüş keçirilib, onlarla da eyni məzmunlu söhbət aparılıb.

İyunun 6-da isə JEM təmsilçiləri Qazax rayonunda yerləşən N saylı hərbi hissədə görüş keçiribər. Bu tədbirdə də layihə barədə ətraflı söhbət açılıb, hansı məlumatların dövlət sirri təşkil etdiyi barədə əsgərlərə geniş məluamatlar verilib. Bu tədbirin də sonunda hərbi hissə komandirinə bildiriş lövhəsi təqdim olunub.

JEM təmsilçiləri Qazaxdakı təmas xəttində vətəni qoruyan hərbçilərlə də görüşüblər.

004.jpg görüntüleniyor

Herbi hisse.jpg görüntüleniyor

IMG_1754.JPG görüntüleniyor

001.jpg görüntüleniyor

003.JPG görüntüleniyor

IMG_1808.JPG görüntüleniyor

Herbi hisse1.jpg görüntüleniyor

IMG_1972.JPG görüntüleniyor

IMG_2003.JPG görüntüleniyor


Müəllif:

Oxşar xəbərlər