Yaxın 3 gün ərzində - iyunun 12-14-də Bakıda hava küləkli olacaq, nisbətən sərin hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Axşam yarımadanın bəzi yerlərində güclənəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.
İyunun 13-də də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək, gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 27-32 dərəcə isti olacaq.
Ümumiyyətlə, yaxın 3 gün ərzində şimal küləyi əsəcək. Havanın temperaturu 27-32 dərəcə arasında dəyişəcək.
Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.