11 İyun 2015 13:51
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda nağdsız ödənişlərin tam şəkildə və vaxt itirmədən, o cümlədən maneəsiz olaraq reallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bununla paralel olaraq I Avropa Oyunları ərəfəsində ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənildiyi üçün onların artan tələbatını qarşılamaq məqsədi ilə növbəti addımlar atılıb.
İlk dəfə keçiriləcək I Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

Belə ki, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.

Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.

Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər