Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir.
Publika.az Türkiyə mətbuatına istinadən saçlar üçün ən faydalı bitki, meyvə və tərəvəzlərin siyahısını təqdim edir:
Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan kollagenin yaranmasında böyük rol oynayır. Pomidoru püre halına gətirərək saçlara maska kimi də çəkə bilərsiniz.
Qoz E vitamini və omeqa 3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.
Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.
Yerkökü B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.
Gündəlik zülal ehtiyacını yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.
Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.
İspanaq saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.
Brokolidən salat hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.