Bu gün Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib.
Xidmətin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, iclasda İctimai Şuranın iclaslarının reqlamentinin müəyyən edilməsi haqqında, həmçinin təşkilati məsələlərə baxılıb.
Şuranın üzvü, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri seçilib.
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 20 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində seçki keçirilib və ictimai şuranın üzvləri seçilib.