13 İyun 2015 00:08
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Kifayət qədər sürprizli vaxtdır. Ağlınıza gəlməyən istiqamətlərdən ürəyinizcə olan xəbər və ya təklif ala bilərsiniz. Fəaliyyətlə əlaqəli olmasa, heç bir uzaq səfərə çıxmayın.


BUĞA - İxtiyarınızda olan bu gündə işləriniz çox olacaq. Bu səbəbdən də ikitərəfli əməkdaşlığa başlamağa dəyər. Əmin olun ki, bu təqvimdə əziyyətlərinizin bəhrəsini görəcəksiniz.

ƏKİZLƏR - Ulduzların düzümü şəhadət verir ki, günün ilk yarısını daha çox Allaha ibadətlə başa vursanız, sonrakı saatlarda heç bir maddi-mənəvi sıxıntı çəkməyəcək, gümrah olacaqsınız.

XƏRÇƏNG - Maraqlı insanlarla rastlaşacağınıza inana bilərsiniz. Ola bilsin ki, həmin şəxslər perspektivlərinizin reallaşmasına yardımçı olsun. Ünsiyyətdə acıdil və qərəzli olmayın.

ŞİR - Nə qədər çətin olsa da, bu təqvimi təmkinlə başa vurmalısınız. Əks təqdirdə qarşıdakı ongünlük üçün nəzərdə tutduğunuz mühüm planlarınızın reallaşması xeyli çətinləşə bilər.

QIZ - Maliyyə problemləriniz qabarmaqdadır. Lakin narahat olmağa dəyməz. Çünki qarşınızda duran günlərdə bu çətinliyiniz aradan qalxacaq. Nahardan sonra uzaq səfərə çıxmaq uğurludur.

TƏRƏZİ - Təzadlı ərəfəyə təsadüf edən bu günü bir qədər mübahisəli şəkildə keçirəcəyiniz gözlənilir. Odur ki, özünüzü ələ almalı, insanlarla ünsiyyətinizi kifayət qədər məhdudlaşdırmalısınız.

ƏQRƏB - Günün ilk yarısında enerji yığmaq üçün yaxşıca istirahət edin. Çünki saat 13-dən sonra gözlənilmədən aktivləşəcəksiniz. Aldığınız bütün təkliflərə razılıq verin, büdcənizi dağıtmayın.

OXATAN - Yaxşı olar ki, bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Onsuz da fəaliyyət və pul qazanmaq istiqamətində heç bir uğur gözlənilmir. Buna baxmayaraq, rəsmi dəvətləri qəbul edin.

OĞLAQ - Ürəyinizin səsinə qulaq asın. İmkan verməyin ki, ideyalarınızın istiqamətini kimsə dəyişsin. İnanın ki, belə olarsa bütün cəhdləriniz reallaşacaq. Əyləncələrə aludə olmayın.

SUTÖKƏN - Doğmalarınızla münasibətdə bir qədər mübahisə ola bilər. Buna görə də neytral olmalısınız, hətta səhv qarşı tərəfdə olsa belə. Saat 16-19 aralığında hər mənada ehtiyatlı olun.

BALIQLAR - O qədər də uğurlu vaxt deyil. Bir tərəfdən səhhətinizdə problemlər, digər tərəfdənsə başa düşülməməyiniz ovqatınızı aşağı sala bilər. Səyyar fəaliyyətdən yayının.


Müəllif:

Oxşar xəbərlər