15 İyun 2015 09:15
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət" portalı üzərindən təqdim olunan e-xidmətlərin sayında və e-xidmətlərdən istifadədə dinamik artım müşahidə olunur.

Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun AZƏRTAC-a bildirib ki, portala daxil olanların sayı 1,8 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 11,6 milyonu ötüb. Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı isə 420-yə çatıb.

May ayında portala müraciət edənlərin 23,7 faizini yeni istifadəçilər təşkil edib.


Müəllif: