15 İyun 2015 11:24
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın “Telegraph” qəzetinin internet səhifəsində Azərbaycanın turistlər üçün ən maraqlı və ən gözəl 11 məkanının fotoları yerləşdirilib və onlar barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Sophie İbboston adlı fotomüxbirin çəkdiyi fotolarda Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”, Rixard Zorgenin abidəsi, Qol Güləşi Federasiyasının binası və federasiya barədə məlumat, Naftalandakı müalicəvi neft, Miniatür kitab muzeyi, Palçıq vulkanları, Xalça muzeyi, Alov qüllələri, Şirvanşahlar sarayı, Atəşgah məbədinin görüntüləri yer alıb. Onların hər biri barədə məlumat verən Sophie İbboston Azərbaycanı dinamik və zəngin ölkə adlandırıb.


Müəllif: