15 İyun 2015 19:55
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillər paylanılıb.

Teleqraf.com-un xəbərinə görə, mənzillərin orderlərini sahiblərinə Əmək və Əhalinin Sosial Müdafiəsi nNaziri Səlim Müslümov özü təqdim edib. Tərtər səfəri çərçivəsində nazir Tibbi Sosial Ekspert Komissiyasının müasir avadanlıqlarla təhciz olunan binasına da baxış keçirib.

Əmək və Əhalinin Sosial Müdafisəi Naziri Səlim Müslümov Tərtər rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni inşa edilən binanın açılışında olub.

Nazir Milli Qurtuluş günü münasibətilə tərtərliləri təbrik edib. O, öz çıxışında əlillər üçün son zamanlar yaradılan şəraitdən söz açıb. Bildirib ki, imtiyazlı ailələr daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar: "Bu cür ailələrin sosial rifahının yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Görülən işlərin nəticəsində bu gün ailələrə hər cür şəraitlə təmin olunan mənzillərin verilməsi buna əyani sübutdur. 6 mərtəbə, 54 mənzildən ibarət olan binada ailələrin normal yaşayışı üçün hər cür şərait yaradılıb".

Binada evlə təmin olunan ailələrə mənzillərin orderi təqdim edilib.

Nazir onu da bildirib ki, hazırda müharibə əlilləri və çəhid ailələrinin mənzillərlə təmin olunması üçün aparılan işlər davam etdirilir.

Tədbirin sonunda nazir, Tibbi Sosial Ekspert Komissiyasının əsaslı təmir olunan binası ilə də yanış olub. Binada yaradılan şərait və ən son avadanlıqlarla təhciz olunan otaqlara baxış keçirilib.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər