17 İyun 2015 13:27
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Teleqraf.com-un məlumatına görə, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçirilib.

M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar".

Beləliklə, Mikayil Cabbarov Badminton federasiyasinin prezidenti secilib.

Mikayil Cabbarov öz çıxışında ona etibar edilmiş məsul vəzifədə səylə çalışacağını qeyd edərək bildirib ki, qısamüddətli perspektivdə Azərbaycanda uşaq və gənclər arasında badminton idman növünün populyarlaşması ortamüddətli perspektivdə gələcək naliyyətlər üçün zəmin yaradacaq. Federasiyanin rəhbəri iyunun 22-də badmintonçularımızı dəstəkləmək üçün azarkeşləri Bakı İdman Zalına dəvət edib.


Müəllif:

Oxşar xəbərlər