19 İyun 2015 23:17
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısnın tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İyunun 19-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, fermer təsərrüfatlarının inkişafı, suvenirlərin satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq, balıqçılıq, arıçılıq və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbul günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, qəbulda Qobustan, İsmayıllı, Şamaxı və digər rayonlardan olan vətəndaşlar iştirak edib.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev tərəfindən indiyədək bölgələrdə 31 vətəndaş qəbulu keçirilib, qəbullarda 1700-dək vətəndaş müraciət edib. Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər