20 İyun 2015 15:52
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-də Xaçmaz rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aksiya Səhiyyə Nazirliyi B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunacaq.

Qanvermə aksiyasına saat 09:30-da start veriləcək. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürəcəklər.

Yaşı 18-65 arasında olan sağlam vətəndaşlar Heydər Əliyev adına mədəniyyət sarayında təşkil olunacaq birgünlük aksiyada könüllü iştirak edə bilərlər.

Gün ərzində davam edən humanitar aksiya çərçivəsində könüllü donorlardan götürülən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.


Müəllif:

Oxşar xəbərlər