26 May 2014 10:55
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva şair Aqşin Yeniseyin səhhəti ilə maraqlanıb.

Teleqraf.com xəbər verir ki, o, şairin yatdığı xəstəxanaya baş çəkib. Bu barədə Qənirə Paşayeva facebook sosial şəbəkəsində yazıb:

“Bu gün istedadlı şairimiz Aqşin Yeniseyi ziyarət etdik və keçmiş olsun diləklərimizi çatdıqdıq və qısa zamanda sağlamlığına qovuşmasını dilədik. Həkimi ilə də Aqşin bəyin vəziyyəti, müalicəsi ilə bağlı geniş söhbət etdik. Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili idarəsinin rəisi Gülmirzə müəllimlə də geniş söhbət etdik bi məsələ ilə bağlı. Sağ olsun istirahət günü olmasına baxmayaraq zaman ayırdı və ətraflı danışdıq. Gülmirzə müəllim bildirdi ki, sabah səhər Aqşinin müalicə aldığı Klinik Tibbi Mərkəzin rəhbərliyi ilə onun vəziyyəti, müalicəsi ilə bağlı danışacaq və onun yüksək səviyyədə müalicə olunması üçün nə gərəkirsə ediləcək. Müalicə həkimi müalicələrin müsbət nəticə verəcəyi ilə bağlı ümidlidir və inşallah ki, müalicələr qısa zamanda özünün müsbət nəticələrini göstərər. Allah köməyi olsun! İnşallah, oxucularının, ailəsinin, sevənlərinin və onun üçün böyük narahatlıq keçirən əzizlərinin duaları ilə qısa zamanda sağlamlığına yenidən qovuşar”.


Müəllif: