23 İyun 2015 23:33
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə toplantı keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulun Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində, dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini bildirib:

“Nazirlik sistemində müsabiqə yolu ilə tutulmaq üçün təqdim edilən vakant dövlət qulluğu vəzifələrinin siyahıları, eləcə də vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibələr üzrə bütün elanlar nazirliyin rəsmi internet saytının ön səhifəsində müvafiq bölmədə təqdim olunur. Cari ilin ötən dövründə qeyd edilən komissiyanın müsabiqəsindən uğurla keçmiş 45 nəfər, habelə nazirliyin daxili müsahibəsindən uğurla keçmiş 8 nəfər nazirlik sistemində vakant dövlət qulluğu vəzifələrinə işə qəbul olunublar”.

Səlim Müslümov nazirliyin kollektivini peşə bayramları günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.

Ölkə başçısının 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə bir qrup dövlət qulluqçusunun təltif edildiyini, onların sırasında Naxçıvan MR-nın əmək və əhalinin sosial müdafiəsi naziri Səfərov Cavid Fəxrəddin oğlunun da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirən nazir bunun möhtərəm dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sistemində çalışanların əməyinə yüksək dəyər verilməsinin bariz təzahürü olduğunu vurğulayıb.

Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən nazirlik əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər