24 İyun 2015 16:30
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən, Səfərəliyev Kamil Sədyar oğluna məxsus anbarda yoxlama aparılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır.

Yoxlama zamanı anbarda 2085 kq yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsulları aşkar edilib.

Yararlılıq müddəti bitmiş, istehlaka yararsız kolbasa və ət məhsullarının satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.

Fakt üzrə araşdırmalar davam etdirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər