AMEA Rəyasət Heyəti Aparatının bu gün növbəti iclası keçirlib. İclasda bir sıra kadr dəyişikləri olub.
AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev Teleqraf.com-a bildirib ki, Rəyasət Heyətinin bu gün keçirilən iclasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev və Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov tutduqları vəzifədən azad ediliblər.
Şöbə rəisi bildirib ki, onlar öz xahişləri əsasında vəzifədən azad olunublar: “Bildiyiniz kimi, akademiyada rəhbər şəxslərin işdən azad olunması və işə qəbul olunması Rəyasət Heyəti Aparatının qərarı əsasında mümkündür. Bu günkü iclasda da hər iki rəhbər şəxsin öz xahişləri ilə işdən azad olunmaq üçün yazdıqları ərizə nəzərə alınıb”.
Baba Əliyev onu da qeyd edib ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru vəzifəsinə AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsinə isə Oqtay Səmədov təyin olunublar.
SEVİL