Təhsil naziri Mikayıl Cabbarov 30 iyun 2015-ci il tarixində saat 11:00-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində yaşayan vətəndaşları qəbul edəcək.
Teleqraf.com Təhsil Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 29 iyun 2015-ci ildə Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Sevil