25 İyun 2015 11:22
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təkamül” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi (İB) “Sabaha doğru!” məcburi köçkün gəncləri üçün yay məktəbi layihəsinə start verib.

İB-dən bildiriblər ki, layihə məcburi köçkün gənclərin sosial inkişafının dəstəklənməsinə yönəlib. Bu dəstək Sumqayıt şəhərinin ərazisində təşkil olunacaq yay məktəbi çərçivəsində məcburi köçkün gənclərin bilik və bacarıqlarının artırılması, həmçinin asudə vaxtlarında idmanla məşğul olmalarından ibarətdir.

Beləliklə, məcburi köçkün gənclər üçün yay məktəbi çərçivəsində kompüter, ingilis dili və dərzilik üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bundan əlavə məcburi köçkün gənclərin idman bölməsinin (futbol klubu) yaradılması vasitəsilə asudə vaxtlarının təşkil olunması planlaşdırılır.

Avqust ayına qədər davam edəcək yay məktəbinin məzunlarına sertifikatlar veriləcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər