26 May 2014 11:53
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 6 ayda ölkə başçısı tərəfindən sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması məqsədilə 9 fərman və sərəncam imzalanıb.

Teleqraf.com-un məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fərman və sərəncamlarla bağlı geniş açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir ki, “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 2012-ci il 2 iyul tarixli sərəncamda dəyişikliklər edilməsi barədə” sərəncam 2014-cü ilədək tibbi göstəriş əsasında növbədə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin xüsusi avtonəqliyyatla tam təminatını nəzərdə tutur. Bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan əlavə olaraq 5 milyon manat ayrılıb və ƏƏSMN tərəfindən cari ilin aprel-may aylarında sərəncamın icrası başa çatdırılıb.

Dövlət başçısının “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli sərəncamı isə növbədə olan digər kateqoriyadan olan əlillərin də avtomobillə tam təmin olunmasına imkan yaradıb.

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə” 23 dekabr 2013-cü il tarixli sərəncam qeyd olunan şəxslərə diqqət və qayğının daim artdığını göstərir.

27 dekabr 2013-cü il tarixdə imzalanan “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” fərman isə respublikada demoqrafik inkişafın stimullaşdırılması və çoxuşaqlı ailələrin dəstəklənməsi yönündə daha bir addımdır. Fərmana uyğun olaraq, beşdən çox uşağı olan qadınların ümumilikdə 5300 nəfərdən çox uşağının hər birinə görə ayda 30 manat müavinət ödənilir.
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 17 mart 2014-cü il tarixli fərmanın şamil olunduğu şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb.

17 mart 2014-cü il tarixli daha bir fərman isə əksəriyyəti əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranları olan şəxslərin aylıq sosial müavinətinin məbləğinin cari ilin 1 aprelindən 21,6 faiz artırılmasını təmin edib.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 17 mart 2014-cü il tarixli fərman qeyd olunan şəxslərin maddi təminatının yaxşılaşdırılmasında mühüm addım olub.

Fərmanla həmin şəxslərə 67 manat aylıq sosial müavinətdən əlavə, 1 aprel 2014-cü il tarixdən 60 manat məbləğində Prezident təqaüdünün təyin olunmasına da başlanıb.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli sərəncam ölkədə yeni təminat növünün formalaşmasını şərtləndirir.

Sərəncama əsasən, həmin təbəqələrdən olan və respublikanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla oxuyan uşaqların təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Sərəncamı ilə BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də 2014-cü il may ayının 1-dən 81,8 faiz artırılıb.

Naibə


Müəllif: