25 İyun 2015 20:54
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun subtropik bitkilər və üzüm laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev Rusiya Federasiyasının Puşino şəhərində keçirilən “Yeni və qeyri-ənənəvi bitkilər və onların istifadə perspektivləri” mövzusunda on birinci beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan Teleqraf.com-a bildirilib ki, beş gün davam edən tədbirdə M.Musayevin “Azərbaycanda meyvə bitkilərinin mədəni sortları və onların yabanı əcdadlarının genetik ehtiyatları” mövzusunda təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif ölkələri təmsil edən nümayəndələr müvafiq sahələrdə Azərbaycan ilə əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər