27 İyun 2015 12:47
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk Avropa Oyunlarının bağlanış günü - iyunun 28-də Bakıda havanın maksimal temperaturu 36 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirilib ki, iyunun 28-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.


Müəllif: