27 İyun 2015 19:12
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli nevropatoloq Ahmet Sarıalp Ramazan ayı ərzində yuxu sistemindəki dəyişiklik haqqında məlumat verib.

İmsakdan dərhal sonra yatmayın

Əhməd Sarıalp Ramazan ayında oruc tutan insanların yuxu qaydalarında müəyyən dəyişikliklərin ortaya çıxdığını söyləyib. Həkim bildirib ki, imsakdan sonra yatmamağa səy göstərmək lazımdır. Çünki imsakdan sonra yatıb yenidən qalxdıqda bədənin bütün ritmi pozulur. Bu, xüsusi ilə işə gedən şəxslər üçün çətinlik yaradır.

Doktor Sarıalpın sözlərinə görə, aparılan araşdırmalarda yay aylarında yuxu müddətinin 2 saat qısaldığı məlumdur. Bu səbəblə Ramazan ayında oruc tutan insanların yuxu sistemlərində də dəyişikliklər baş verir: “ İmsakda qalxan insanların yuxuya getmə prosesi uzanır, ümumi yuxu müddəti isə azalır. Buna görə də insanlar səhərlər yorğun olaraq oyanır. Yuxu bütün günün necə keçməsinə təsir göstərir".

Doktor Sarıalp bu xəbərdarlıqlar edib:

İmsakdan sonra oyaq qala bilmirsinzisə, daha yüngül yemək yeyin.

İftardan sonra və yatmazdan əvvəl ən az bir saat dincəlməlisiniz.

İftar saatından sonra çay, qəhvə və siqaret yuxu sisteminə ciddi şəkildə təsir göstərir. Ona görə də, bitki çayları içilməlidir.


Müəllif:

Oxşar xəbərlər