30 İyun 2015 19:38
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-İstanbul-Bakı, İstanbul-Bakı-İstanbul istiqamətində uçuşlara xüsusi aksiya elan edir.

QSC-nin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) (Sabiha Gökcen) istiqamətində aviabiletin qiyməti сəmi 239 Avro/279 ABŞ dollarıdır.

Uçuş və satış tarixləri 2015-ci il oktyabr ayının 1-ə qədərdir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur, yerlər məhdud ola bilər. Ölkədə maksimal qalma müddəti bir ay, yığımlar və rüsumlar biletə daxildir.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün çağırış mərkəzinə: +(99412) 598-88-80

*8880 e-mail: callcenter@swtravel.az və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət etmək olar.


Müəllif: