1 İyul 2015 08:05
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 30-da Bakı Dövlət Universitetində (BDU) 2014-2015-ci tədris ilinin məzunları ilə təntənəli görüş olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Rektor ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.

Bildirilib ki, 2014-2015-ci tədris ilində BDU-nu dörd minədək tələbə bitirir. Onların müəyyən hissəsi fərqlənmə diplomuna layiq görülüb.

Digər çıxış edənlər də məzunları təbrik edib, uğurlar arzulayıblar.


Müəllif:

Oxşar xəbərlər