1 İyul 2015 13:45
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında ev dekorasiyası dəyişir, interyerdə müəyyən trendlər yaranır. Publika.az xəbər verir ki, bu yay ev dekorasiyasında ananas aksessuarları olduqca dəbdədir. Ananas evə yay ab-havasını gətirir, həm də tropik məkan effekti verir.

Ananaslar bu yay hər yerdə qarşımıza çıxır. Ananas şəkilləri özünü divar kağızlarında, keramikalarda, kafellərdə və sairdə göstərir. Hətta bankalar artıq ananas şəklində təklif olunur.

Əyləncəli ananas effektindən istifadə etmək üçün aksessuar almaq və divar kağızlarını dəyişmək mütləq deyil. Mağazadan aldığınız adi ananası bəzək kimi uzun müddət süfrəyə qoyduqda müsbət yay atmosferi yaranır. Daha fərqli dekor axtarışında olanlara ananasları çəhrayı, mavi, qızılı rənglərə boyamaq təklif olunur. Bu üsul qonaqlarınızı təəccübləndirmək üçün əla fikirdir.

Yaxud da ananasların yarpaqlarını kəsərək, içini də oyaraq saxsı kimi istifadə etmək olar. Sadəlik sevənlər isə divara adi ananas şəkli asa bilər.

Ananaslı yataq və divan örtükləri də çox maraqlı görünür.


Müəllif: