Ötən ay ərzində Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi 1 092 229 manat artıb.
Trend xəbər verir ki, 1 iyul 2015-ci il tarixinədək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabındakı vəsait 65 077 066 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 ABŞ dolları və avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Fondun ABŞ dolları, avro və Rusiya rublu ilə hesablarına vəsait daxil olmayıb.
Qeyd edək ki, 1 iyun 2015-ci il tarixinədək Fondun manat hesabındakı vəsait 63 984 837 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 ABŞ dolları və avro hesabındakı vəsait 593 avro təşkil edib. Fondun ABŞ dolları, avro və Rusiya rublu ilə hesablarına vəsait daxil olmayıb.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.