Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyun ayı ərzində bəzi mehmanxanalara dərəcə sertifikatları verilib.
Teleqraf.com nazirliyin saytına istinadən məlumat verir ki, mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Nazirlik tərəfindən iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:
Bakı şəhəri:
1. "Qafqaz Baku City Hotel & Residences" mehmanxanası (4 ulduz)
2. "Premier Expo Hotel" mehmanxanası (4 ulduz)
Lənkəran şəhəri:
3. "Luxe Lankaran Hotel" mehmanxanası (4 ulduz)
Astara şəhəri:
4. "Şindan" mehmanxanası (4 ulduz)
Balakən şəhəri:
5. "Qubek" mehmanxanası (4 ulduz)
Şəki şəhəri:
6. "Küngüt" mehmanxanası (3 ulduz)
Zaqatala şəhəri:
7. "İS Hotel" mehmanxanası (3 ulduz)
Respublika ərazisində 89 təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı çatıb.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin iyun ayı ərzində 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.
Nazirlik, həmçinin ötən ay 11 yerləşdirmə obyektinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.