26 May 2014 15:06
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzVision.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetinin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Talış oğlu Vəliyev rəhmətə gedib.



Qeyd edək ki, mərhum T.Vəliyev 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948 – 1951- ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil alıb. 1951 – 1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib. 1953 – 1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.1960 - 1963 –cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alıb.


1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.


1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçib.1993-cü ildən bu günədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləyib.

Allah rəhmət eləsin!


Müəllif: