İraq səhralarını dənizə , qumlarını suya bənzətsən...
Orta əsrlər...Azərbaycan-Böyük İpək Yolunun ticari əlaqələrindən davam edən ənənə, şərqə gedən karvan...İslam mədəniyyəti ticarətlə öz kültürünü də bir-birinə mübadilə edirdi... Kimisi pambıq, paltar,xalça aparır, kimisi də Bağdaddan xurma gətirirdi Oğuz elimə... Nurani Süleyman kişinin də mənsub olduğu Oğuz türklərinin Bayat tayfası köç etməyə hazırlaşırdı.Onlar müqəddəs Kərbəla torpaqlarında yaşayacaqdılar artıq.Dövrünə görə mədrəsə və elmin mərkəzi olan Kərbəla, Bağdad torpaqları onları gözləyirdi...Gedən karvan onları dərin bir yolçuluğa götürürdü götürürdü .Bu gediş fərqli idi... Dönüşü olmayan həyatının sonunadək müqəddəs torpaqlarda yaşamağa gedirdilər onlar...Çünki, haradan gəldiyini bilən, haraya alın taleyinin yazılacağı bilinməyən varlıqmış insan ! Susuz İraq səhralarını dənizə , qumlarını suya bənzətsən, insanın bir rüzgar əsməsiylə gedən yolçu olduğu görərsən...
Elə bu köçdən sonra dünyaya Kərbəlada göz açan oğlu Məhəmməd istedadı ilə fərqlənəcək, əsərləri tezliklə Şərq aləmini diyar-diyar gəzəcəkdi...
İraqda aldığı nəfəs...
İraqda aldığı nəfəs onu doğma Azərbaycanından ayıra bilməyəcək, Ərdəbildən olan Qızılbaş türkü Şah İsmayıl Xətayi tezliklə Bağdadı Azərbaycan Səfəvilərinin tərkibinə salacaqdı.Bununla da onun ürəyininin tellərindən süzülənlər öz ana dili olan Azərbaycan dilində dilə gətirəcəkdi...O bununla yanaşı böyüdüyü torpağı da unutmayacaqdı Bağdadi təxəllüsü ilə fəxr edəcək, Kərbəlada aldığı Mədrəsə təhsilindən sonra yenə də oxumağını atmayacaq, ədəbiyyatımıza incilər bəxş etməklə yanaşı, dövrünün tanınmış, məntiq, tibb, riyaziyyatçıları ilə adı bir çəkiləcəkdi. Xətayiyə olan sayğısını özünün “Bəngü-Badə”sini onun həyatına həsr etməklə tanınacaq, amma Nizami kimi sarayda yaşamayacaq, xalqın dərdi onun dərdi olacaqdı...
Şərqə və Azərbaycan ədəbiyyatına ana dilimizdə yazdığı “Leyli və Məcnun”u ilə diyar-diyar gəzəcək düha olamağa doğru irəliləyəcəkdi...Bəlkə də, Məcnunun ahını yazan Məhəmməd Füzuli şair olaraq öz həyatının qəmini yazırdı:
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim ki, olam qəmin hərifi…
"Məndə Məcnundan füzun aşiqlik istedadı var"
Yazdığı əsərlər içərisində ən təsirlisi olan məhəbbət ağısı olan “Leyli və Məcnun”u digər şeirləri kimi diyar-diyar gəzəcək ,əsrləri, qərinələri yola salıb , bu günümüz üçündə keçərli olacaqdı... Bir qəzəlinin başlığındakı kimi : "Məndə Məcnundan füzun aşiqlik istedadı var" deyəcəkdi o...
Hətta Şərqin ölməz bəstəkarı, Milli Himnimizin bəstəkarının da diqqətini çəkəcək .Ədəbiyyat sənəti musiqi sənətimizlə sintezindən opera bəstələnəcəcək və Azərbaycanımızı mədəniyyəti ilə dünyaya tanıtdıracaqdı...
Düha şairimiz Bəxtiyar Vahabzadə isə ona iltfah etmiş “Şəbi hicran” poemasında bunları etiraf edəcəkdi :
Sən mənim ən böyük ustadım oldun,
Ey ana yurdumun böyük şairi.
Vətən göylərində güntək doğuldun,
İşığın bürüdü qərinələri.
Lalələr açıldı sinəndə qəmdən,
Əməllər, arzular şairisən sən!
Onun qəzəllərinin birində doğma Vətəninə söylədikləri, məhsuldal şairliyindən xəbər verirdi :
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Yəni Vətən sevgisi, yarın sevgisinə bərabər tutulur düha Füzulinin düşüncələrində...
Onun uşaqlara hədiyyəsi olan “Meyvələrin Söhbəti” bu gün də dünya uşaq ədəbiyyatının nadir incilərindəndir...
Sevdalardan usanmayan düha ...
Tarixi qaynaqları araşdırarkən məlum olur ki, ömrünün son illərində yaşının ahıl vaxtında ona kəsilən təqaüdü alamaması “Şikayətnamə” əsərini yazmağa vadar edir.Burada dahi Füzuli gedib-gəldiyi yollardan usanarkən “Salam verdim rüşvət deyildir deyə almadılar” söyləyərək dövründəki məmur özbaşınalığında şikayətlənirdi...
Solğun məhəbbət ağısı olan “Leyli və Məcnun” əsərindən sonra yaradıcılığı onu hər zaman xalq sevgisiylə bağlamışdı:
Məni candan usandirdi, cəfadan yar usanmazmı?
Fələklər yandi ahimdan, muradim şəmi yanmazmi?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadir,
Sorun kim, bu nə sevdadir, bu sevdadan usanmazmi?
Yazdığı qəzəl yenidən xalq sevgisində bəstələri ilə ruh oxşayan sənətkar Cahangir Cahangirovun “Fuzuli” kontatasını bəstələməsinə, ölməz sənətkarımız Şövkət xanım Ələkbərovanın ürəyindən gələn nəfəsinin səs tellərindən süzüləcək, korifeylik sənətimiz epistemolyar irsimizin mühüm, mədəniyyət əsəsrinə çevriləcəkdi...Gözü sahillərin ayrılığında qalan xalq şairi Xəlil Rza Ulutürkün unudulmaz “Sahil” şeirinə rəngarənglik qatacaqdı:
Füzuli bir qəmli neydi,
Yarasına kimlər dəydi ?!
O birdənmi qara geydi?
O sahildə, bu sahildə...
Həyatının son ayından ölüm gününə qədər Füzuli ...
İnsan toplumunda böyük rol oynayan Şərqin dühasına çevrilən Füzulinin yaşlı vaxtı heç də rahat keçmir...O yoxsulluqdan əziyyət çəkməsi ilə bərabər hər zamankı kimi , uca Allahına şükür edən bəndə kimi öz borcunu gənclik vaxtındakı kimi məharətlə ödəyirdi.Bir dəfə ədəbiyyatçı ziyalımızdan duydum ki, Həzrəti Hüseynin Məqbərəsində kilitdar işləyən Fuzuli İmamın məqbərəsini hər tezdən açar, hər axşam bağlayarmış.Vəsiyyət etmişdir ki, öləndə də onu imamın ayaqları tərəfdə dəfn etsinlər...
Artıq Dədəm Qorqud demişkən “ Gəlimli gedimli, son ucu ölümlü dünya” da ömrünün 62 –ci yaşında tutduğu səhralara xas olan epidemik-infeksiyon xəstəlik olan Taun onun qan hüceyrələrində idi...Bəlkə də elə buna görə Füzuli “ Ey həkim” qəzəlində ağrısını yazırdı...Əlacı olmayan bu xəstəlik onu bu dünyadan 1556-cı ildə aldı...”Şəbi hicran yanar canım “ deyən Füzuli cismən aramızdan ayrılsada mənən aramızdadır.Onu vəxat edərkən elə öz vəsiyyəti ilə kilitdarı olduğu Hz.Hüseynin ayaqları yaxınlığında dəfn ettilər.
Elçin Süleymanov
P.S. Bu gün Bakıda Füzulinin heykəli ucaldılıb, adına küçələr,kitabxana adları verilib.İşğal altında olan Füzulinin adını daşıyan rayonumuz var.“Səddam Hüseynin hakimiyyəti dövründə Füzulinin məzarı üzərində havuz tikiblər, Füzulinin məzarı Azərbaycana niyə gətirilmir?, Füzulinin məzarını su basıb, sümükləri çöldə qalıb”-deyə ədəbiyyatşünaslarımız müsahibələr veriblər.Buna yönəlik fikrimsə, 16-cı əsrdən bu günə normal insanın sümüyü qalmır.Torpaqdan hasil olan insan torpağa nazil olur.Taun xəstəliyi keçici xəstəlik olduğundan pandemiya (qitələr arası yayəlan) populyasiya xəstəliyi olduğundan məzarın açılmasına Biologiya elmi izn vermir və bildiyim qədəriylə Tauna tutulanlar o zaman yandırılırdı ki, Füzulinin yandırılıb-yandırılmaması haqqda heç bir araştırmada rastlamadım.Füzulinin məzarının üzərində hovuz tikilməsiylə dahini məzlum vəziyyətinə gətirmək istəyənlərə, sağlığında “Şəbi hicran” deyən dahiyə məzar intizarı yaşadanlaraysa elə ağız ədəbiyyatımızın sınağlndan çıxmış ata sözüylə cavab vermək yerinə düşür: “ Alma məzlumun ahın, çıxar ahəstə-ahəstə”.