2 İyul 2015 23:34
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın 2-3 ayda Azərbaycanda sürücülərin icbari avtomobil sığortası polisinin olub-olmadığını müəyyənləşdirmək üçün radarlar tətbiq ediləcək.

Bunu jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

Onun sözlərinə əsasən, bunun üçün xüsusi texnikanın quraşdırılması tələb olunmur və Dövlət Yol Polisi artıq avtomobil yollarında quraşdırılmış avadanlıqdan istifadə edə biləcək.

N.Xəlilov qeyd edib ki, radarların köməyi ilə avtomobilin nömrəsi və digər məlumatlar İcbari Sığorta Bürosunun informasiya bazasına göndəriləcək: "Burada sığorta polisinin olub-olmadığı müəyyən ediləcək".

O, əlavə edib ki, bu sistemin tətbiqi müəyyən texniki məsələlər həll edildikdən sonra başlayacaq.


Müəllif:

Oxşar xəbərlər