Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Gədəbəy rayonunda vətəndaşları qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında olan vətəndaşlar iştirak ediblər.
Qəbulda olan vətəndaşların müraciətləri nazir tərəfindən baxılıb və əksəriyyəti yerindəcə həllini tapıb.