Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov iyul 16-da Masallı rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.
Teleqraf.com xəbər verir ki, qəbulda Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi: (02521)5 22 63, (02524) 5 54 76, (02524) 5 10 80
İLHAMƏ