9 İyul 2015 00:08
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Astroloji göstəricilərə inansaq, bu gün hansısa əlamətdar bir hadisənin şahidi olmalısınız. Odur ki, belə sürprizlərə hazırlaşın. Sağlamlığınıza diqqət yetirməyi də unutmayın.


BUĞA - Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıracaqsınız. Şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.

ƏKİZLƏR - Ümumi məziyyətlərinə görə təzadlı bir gün yaşayacaqsınız. Həm xoş, həm də müəyyən qədər gərgin məqamların daşıyıcısı olacaqsınız. Tərəfinizi saxlayanlara dönük çıxmayın.

XƏRÇƏNG - Bəxtinizdə əsl biznes günü durur. İştirakçısı olduğunuz hər bir proses ürəyinizcə olacaq. Yeni təkliflərə laqeyd yanaşmayın. Saat 16-19 arası sevindirici hadisələrin şahidi olacaqsınız.

ŞİR - Risk etməyə dəyməz. Çünki bu təqvimdə qeyri-ənənəvi fəaliyyətlə məşğul olmaq uğurlu deyil. Yaxşı olar ki, əsas vaxtınızı ürəyinizə yaxın olan şəxslərlə birlikdə keçirəsiniz.

QIZ - Ulduzların düzümü gün ərzində maddi durumunuzun xeyli yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvimdə sürprizlərlə dolu saatlar yaşayacaqsınız. Amma şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışmalısınız. Özünüz də yalan vədlər verməyin.

ƏQRƏB - Təxminən saat 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşma ehtimalınız var. Ələlxüsus da qarşılıqlı münasibətlərdə ehtiyatlı olmalısınız. Sonrakı saatlar nisbətən sakit ötüşəcək.

OXATAN - Ətrafınızda olan insanlar nə qədər səmimi davranarsa, günün ümumi mənzərəsi bir o qədər ürəyinizcə olacaq. Bu səbəbdən də ünsiyyətdə olduğunuz hər kəsin xoşrəftar olması vacibdir.

OĞLAQ - Astroloji göstəricilər sevgi dolu bir gün yaşayacağınızı bəyan edir. Qarşı tərəfin tələblərinə ədalətli yanaşın. Bu təzadlı təqvimdə dedi-qodudan uzaq olun.

SUTÖKƏN - Özünüzü tənha hiss etməyin. Yoxsa günaha batarsınız. Ən azı ona görə ki, sizə qarşı rəğbət bəsləyənlər az deyil. Fikrinizi dağıtmaq üçün nahardan sonra gəzinti və qonaqlıqlarda olun.

BALIQLAR - Təzə xəbərlər eşidəcəyiniz gözlənilir. Bu, yeni təklif və ya dəvətlər şəklində də ola bilər. Hər halda, hər üç amilə hazır olmalısınız. Axşama yaxın münasibətlərdə ehtiyatlı olun.


Müəllif:

Oxşar xəbərlər