9 İyul 2015 19:44
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən etibarən Bakıda Dövlət İnzibatçılığı İslahatları dövründə Bacarıqların İnkişafı üzrə ikigünlük Beynəlxalq Konfrans başlayıb. Konfrans Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramının tərəfindən həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.

BMT-nin İnkişaf Proqramı, Dövlət Qulluğu məsələləri üzrə Komissiya və Astana Dövlət Qulluğu məsələləri üzrə Regional Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən bu konfransın əsas məqsədi iştirakçıları Dövlət İnzibatçılığı İslahatları zamanı Bacarıqların İnkişafında müsbət tərəflər və bu yolda olan çətinliklərlə tanış etmək, eləcə də beynəlxalq və yerli ekspertlərə fikir və təcrübələrin mübadiləsi üçün platformanın yaradılmasıdır.

Konfransın birinci günündə dövlət qulluqçularının səmərəli bacarıqlarının inkişafı üçün mühüm olan dörd əsas mövzu müzakirə edilib. Dövlət qulluqçularının bacarıqlarının inkişafında əsas vasitə kimi regional plarformalar, Dövlət İnzibatçılığı İslahatları nəticəsində dövlət qulluğu sahəsində mədəni dəyişiklər, Dövlət qulluqçularının bacarıqlarının inkişafına sərmayələrin yenidən yatırılması, Dövlət İnzibatçılığı İslahatları çərçivəsində dövlət qulluğu təlim mərkəzlərinin yaradılması konfransın əsas mövzuları olub.
Bildirilib ki, konfrans layihənin məqsədlərinə nail olmaq üçün atılan mühüm addımdır. Layihənin əsas məqsədləri Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın bacarıqlarının menecment, dövlət qulluqçularının təlimi və bütün dövlət orqanlarında peşəkar inkişaf səlahiyyətlərinin koordinasiyas, eləcə də təlim strategiyası və təlim siyasətlərinin inkişafı və tətbiq edilməsidir. Layihənin uğurla başa çatması təqdirində ölkədə peşəkar və şəffaf dövlət qulluğunun yaradılması üçün Dövlət Qulluğu məsələləri üzrə Komissiyada Təlim Mərkəzi yaradılacaq və daxili bacarıqları inkişaf etdiriləcək. Konfrans zamanı iştirakçılar digər ölkələrin bu sahədə olan təcrübə və biliyini öyrənəcək.

Konfrans sabah da davam edəcək.


Müəllif: