10 İyul 2015 15:01
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın məscidlərində, habelə Gürcüstan və Dərbənddəki məscidlərdə Cümə xütbələrində qardaş Türkiyə xalqının tanınmış dövlət xadimi, dünya şöhrətli şəxsiyyət - Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi anılıb, onun ruhuna dualar oxunub.

Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, QMİ-nin tövsiyəsi ilə axund və imamlar hər zaman millətinə və dövlətinə sədaqət və şərəflə xidmət etmiş müdrik şəxsiyyət, Azərbaycanı hər zaman əziz tutan, xalqımıza dərin ehtiram bəsləyən, mürəkkəb tarixi məqamlarda qardaş dəstəyini əsirgəməyən unudulmaz insan Süleyman Dəmirəlin xatirəsinin qəlbimizdə, müsəlmanların xatirəsində hər zaman yaşayacağını vurğulayıblar.

Moizələrdə “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın rəhbərləri - Süleyman Dəmirəllə ulu öndərimiz Heydər Əliyev arasında olan səmimi dostluq, əsl qardaşlıq münasibətlərinin xalqlarımız üçün dəyərli örnək kimi xüsusi önəm kəsb etdiyi qeyd edilib.

Qardaş xalqlarımızın ortaq mənəvi dəyərlərinə hər zaman sayğı nümayiş etdirən Süleyman Dəmirəlin müqəddəs dinimizə olan ehtiramı və qardaş xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafına həssaslıqla yanaşması rəğbətlə yad edilib.

BƏXTİYAR


Müəllif: