QOÇ - Yalnız saat 12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz.
BUĞA - Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.
ƏKİZLƏR - Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb aktivliyinizi artırın.
XƏRÇƏNG - Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq.
ŞİR - Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək arzusunda deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa, nahardan sonra uzaq səfərə çıxın.
QIZ - Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın.
TƏRƏZİ - Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olar ki, nahardan sonra işə ara verib bir qədər istirahətə aludə olasınız. Spirtli içkidən, duzlu qidadan uzaq olun.
ƏQRƏB - Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər.
OXATAN - Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun.
OĞLAQ - Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı müddətdə hər hansı probleminiz olmayacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şəraitdən bəhrələnin.
SUTÖKƏN - Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək.
BALIQLAR - Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.