27 May 2014 10:11
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında görüləcək işlər ilə əlaqədar bu gün saat 15:00-dək Lənkəran rayonunun bir hissəsinə, qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin bir hissəsinə, saat 14:00-dək İsmayıllı rayonunun bir hissəsinə, 300 mm-lik siyirtmənin dəyişdirilməsi və 500 mm-lik "Böyükşor-Modul-30-cu sahə" qazpaylayıcı stansiyasına gedən qolun üzərində baypas xəttinin quraşdırılması, qaz nəqli sistemində daxili tənzimləmə işlərinin aparılması, “Siyəzən-1” qazpaylayıcı stansiyasına gələn 325-mm-lik orta təzyiqli qaz kəmərində təmir işlərinin görülməsi, qazpaylayıcı stansiyalarda ölçü qovşaqlarının və qaztənzimləyicilərin quraşdırılması, qaz nəqli sistemində yenidənqurma işlərinin aparılması, Dağ Kəsəmən və Yenigün kəndlərində istismar müddəti başa çatmış qaztənzimləyici qurğuların əvəz olunması, təmir-bərpa və qaz xətləri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar saat 18:00-dək Nizami rayonuna, Biləsuvar, Siyəzən, Xaçmaz, Göyçay, Ağdaş, Samux və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Müəllif: