İsrailin Afula şəhəri merinin birinci müavini Mixail Barkanın başçılıq etdiyi nümayəndə heyəti Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, regional ofisinin rəhbəri Tural Kərimov qonaqları mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. Bildirib ki, Azərbaycanla İsrail arasında əlaqələr tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanlarımız genişləndirilir.
Nümayəndə heyəti mərkəzin ofisində “sərgi qalareyası”,”conversation club”,” rəqs zalı”,”art studio”,”şahmat klubu”,”musiqi klubu” və “Baku 2015” klubları ilə taniş olub, oradaki fəaliyyətləri cox maraqla qarşılayıblar.
Daha sona qonaqlar Mingəçevir Şəhidlər Xiyabanına gələrək Azərbaycan uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad ediblər.
BƏXTİYAR