13 İyul 2015 20:55
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, bu dəyişikliklərə əsasən, “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənlərinin “Patologiya” adı altında birləşdirilməsi, eyni zamanda, bütün istiqamətlər üzrə baza fənləri sırasına “Histologiya” fənninin əlavə edilməsi planlaşdırılır.

Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına “İnsan anatomiyası” və “Patologiya” fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə “İnsan anatomiyası”, “Patologiya” və “Farmakologiya” fənlərinin daxil edilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər