Kişilərin çoxu evlilik mövzusunda inadkar olduqları üçün onları evlənməyə razı salmaq çətin proses kimi qiymətləndirilir. Bu məqamda "Aman, o məni evlənməyə razı salsın!” deyə, düşünə bilərsən və bu məsələdə də haqsız olduğunuz demək olmaz. Lakin sevdiyin kişini evliliyə razı salmaq üçün bəzi taktikalardan istifadə etmək heç bir zərər gətirməz. Bu yazı kişini evliliyə razı salmağa və 100 faiz uğur gətirəcəyinə dair zəmanət verməsə də, bu üsullarla ən azından bir şans qazana bilərsiniz.
Publika.az yazını təqdim edir:
Onu özünüzə bağlayın
Özünüzü sevin: Əgər özünüzü sevməsəniz, başqalarından bunu gözləmək doğru olmaz. Bu səbəbdən ilk növbədə sevdiyiniz xasiyyətinizi təyin edin və ona xoş görünməyə çalışın. Hər məsələdə müsbət yanaşma və pozitiv düşüncə bu yolda ən böyük köməkçiniz olacaq.
Ünsiyyət qurun: Doğru və sağlam ünsiyyət münasibətlərin başlanğıcından evliliyə qədər (və izdivacda) çox əhəmiyyətli məqamdır. Hər zaman təbii olun və süni çıxışlardan, hərəkətlərdən çəkinin. Nəticə olaraq sizi olduğunuz kimi sevməsi, ailənizin uzunmüddətli və xoşbəxt olması baxımından əhəmiyyətlidir.
Romantik olun: Romantizm adətən kişilərdən gözlənilir, amma sizin də romantik olmamağınız üçün bir səbəb yoxdur. Ona romantik duyğular hiss etdiyinizi və yaşamaq istədiyinizi bəlli edin.
Rolunuzu bilin: Sağlam münasibətdə hər iki tərəf rollarının tam olaraq nə olduğunu bilməlidir. Onun da aranızdakı əlaqəni sizin gördüyünüz kimi gördüyündən əmin olun.
Romantik duyğularınızı tarazlayın: Duyğusal, həddindən ziyadə romantik dalğalar münasibətinizə mənfi təsir göstərə bilər. Kişilər emosional baxımdan qərarlı qadınlara daha tez bağlanırlar. Bəzən hislərinizi əngəlləmək çətin ola bilər, ancaq mümkünsüz deyil. Əsəblərinizi sakitləşdirəcək və sakitliyinizi qorumağa yardımçı olacaq, stresslə başa çıxma metodlarını araşdırın.
Vaxt verin: Kişilər bir qadını tanımaq məsələsində çox diqqətli olduqlarından daha çox vaxta ehtiyac duya bilərlər. Əlaqənizin ilk günündən evliliyə qədər gedən yolda hər məsələdə uyğunluq axtarırlar və bu proses onların hadisələri qiymətləndirmə sürətində inkişaf edir. Bu dövrdə təzyiq etmək böyük ehtimalla əks nəticə göstərə və sizin əleyhinizə təsir edə bilər. Ancaq sizə əks gələn məqamlarda reaksiyanızı bildirməkdən çəkinməyin. Olmadığınız biri kimi davranmaq münasibətin heç bir mərhələsində sizə xoşbəxtlik gətirməz.
Əyləncəli olmağı bacarın: Əgər əlaqəniz monoton deyilsə və birlikdə əyləncəli, kefli vaxt keçirməyə davam edirsinizsə, bu zaman kişi münasibəti daha çox ciddi qəbul etməyə və düşünməyə başlayacaq. Bir müddət keçdikdən sonra hədəfləriniz və münasibətləriniz haqqında gözləntiləriniz haqqında ipucları verməyə başlaya bilərsiniz.
Etimad göstərin: Özünüzdən əmin olun, özünüzə və ona güvəndiyinizi bəlli edin. Qarşıdakı maneələrə baxmayaraq, özünüzə etibarınızı itirməmək və çıxış yolu axtarmaq kişinin də xoşuna gələcək və onun hörmətini qazanmağınızı təmin edəcək.
Onu tərifləyin: Ən yaxşı anlarında ona dəstək olun və pis vaxtlarında özünü daha pis hiss etməsinə səbəb olacaq sözlərdən çəkinin.
Müsbət olun: Müsbət fikirlər (münasibətinizlə bağlı və ya haqsızlıqla bağlı) üzünüzdə əks olunduğu üçün bu, qarşı insana da müsbət istiqamətdə təsir göstərir.
Ənənəvi üsullar
Nənə və ananızdan kişi münasibətlərinə dair eşitdiklərinizi qulaqardına vurmayın və onların təcrübəsindən istifadə edin. Aşağıda ümumiyyətlə, qadın-kişi münasibətləri məsələsində böyüklərimizin verdiyi bəzi tövsiyələri tapa bilərsiniz:
İlk zəng edən sən olma: "Qaçanı axtararlar" bir başqa variantdır. Münasibətlərinizin başlanğıcında axtaran həmişə siz olsanız, əlaqənin davamında da bu belə gedəcək. Onun da sizi axtarmasını gözləyin. Bu, kişiyə özünüzə yanaşdığınız etimadı göstərməyin bir yolu ola bilər.
Münasibətləriniz haqqında fikrini soruşmaq: Ən azından müəyyən bir müddət keçənə qədər onu özünüzə bağlanmağa mane olacaq və ya evlilik məsələsində mənfi qərar verməsinə səbəb olacaq, təzyiq edən çıxışlardan hər zaman qaçmaq lazımdır. Bəlkə bu sualı verməyiniz, kifayət qədər möhkəmlənməmiş əlaqənizin sonu ola bilər.
Hər dəvətə razı olmaq: Kişi, sizinlə birlikdə olmaq üçün səy sərf etməlidir. Xüsusilə münasibətinizin əvvəlində sizinlə vaxt keçirmək istədikdə razı olmaq, ona olan sevginizin həddindən artıq bəlli olmasına səbəb ola bilər.
Nəticə olaraq: Ənənəvi və ya müasir təkliflər kişini evlənməyə razı salmaq üçün qanun deyil və hər bir əlaqənin özünə görə, fərqli qaydaları, dinamikası və eniş-yoxuşları ola bilər.