15 İyul 2015 11:35
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mülkiyyət növündən və mənsubiyyətindən asılı olmayaraq bütün torpaqların təyinatı üzrə istifadəsinə görə nəzarəti Əmlak Məsələləri üzrə dövlət Komitəsi həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni səlahiyyət Komitənin yeni əsasnaməsində qeyd olunub. Komitə öz yerli qurumları, torpaq müfəttişləri vasitəsilə bu torpaqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət işini həyata keçirəcək.

İlhamə


Müəllif: