15 İyul 2015 12:03
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının millət vəkil Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib.

Millət vəkilinin qatıldığı toplantıda iqtisad elmləri namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə millət vəkili Elxan Süleymanov çıxış edib. Bir neçə gündən sonra 88-ci ad gününü qeyd edəcək Babaxan Niyazlını təbrik edərək ona cansağlığı, gələcək elmi araşdırmalarında uğurlar arzulayıb.
Babaxan Niyazlı minnətdarlığını bildirib, Şamaxı ilə bağlı ensiklopediya yaradılmasını çoxdan arzuladığını, layihənin gerçəkləşməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini qeyd edib.

Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev Şamaxı ensiklopediyasının elektron versiyası - www. shamakhi-encyclopedia.az portalının cari işləri ilə bağlı məlumat verib.

Sonda E.Süleymanov Şamaxı ensiklopediyasının Elmi-Redaksiya Şurasının üzvlərinə və yaradıcı heyətə tezliklə işıq üzü görəcək “Şamaxı Ensiklopediyası” kitabı ilə bağlı tövsiyələrini çatdırıb.

BƏXTİYAR


Müəllif: