15 İyul 2015 13:10
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatətləri olub. Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini istəyib.

Müşavirədən qayıdan hakimlər vəsatətlərin təmin edilməməsi barədə qərar açıqlayıb. Bu zaman Leyla Yunus söz istəyib. Hakim isə ona prosesi pozmamağa dəvət edib.

Məhkəmə baxışı iyulun 27-nə təyin edilib.

Ötən il iyulun Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunis həbs edilib. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Hacı Zeynalov


Müəllif: