27 May 2014 11:53
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyada 28 May Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons otelində Azərbaycanın müstəqilliyinin 96-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, Lyublyana şəhərinin meri, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlamış, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışıb.

Mərasimin bədii hissəsində gənc musiqiçi Çingiz Mustafayev tarda Rizvan Əliyevin müşayiəti ilə Azərbaycan və dünya musiqisinin tanınmış mahnılarını səsləndirib.

Bədii hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına ziyafət verilib.


Müəllif: