27 May 2014 12:06
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Qaxbaş kənd sakini Mahir Bayramova məxsus “Toyota Land Cruiser Prado” markalı avtomobil Qax şəhərində, Qaxbaş yolunda hərəkətdə olarkən qəfildən aşıb.

Avtomobilin aşmasına yolda qapağı açıq lük səbəb olub. Nəqliyyat vasitəsinin salonunda yerləşdirilmiş və hadisəni qeydə alan videoregistrin yaddaşına baxdıqda da hərəkətdə olan “Prado”nun təkərinin qəfildən lükə düşdüyü və aşdığı görünür. Avtomobildə tək olan M.Bayramov yüngül xəsarət alıb.

Qeyd edək ki, avtomobilin sürücüsü M.Bayramov iş adamıdır. O, Qaxda fəaliyyət göstərən supermarketin – “Payız-74”ün sahibidir.

Səxavət


Müəllif: