16 İyul 2015 17:05
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olananlara müraciət edib.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək təqdim etməlidirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər və ixtisaslar üzrə sənədlərin qəbul olunacağı günlər barədə TQDK-nın saytından öyrənə bilərlər.


Müəllif:

Oxşar xəbərlər