16 İyul 2015 20:22
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan bayramı münasibətilə Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramazan bayramı ilə bağlı polis iyulun 17-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə qeyd edilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.


Müəllif:

Oxşar xəbərlər