QOÇ - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
BUĞA - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Unutmayın ki, ilin bu dövrü karyeranız üçün həddindən ziyadə uğurlu ərəfədir. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.
ƏKİZLƏR - Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyəcək. Qohumlarınızla münasibətləri tənzimləyin.
XƏRÇƏNG – Əgər qarşıdakı bir həftəni səmərəli şəkildə başa vurmaq fikriniz varsa, bu gündən ciddi ölçü götürməlisiniz. Xəyallar qoynundan düşüb real addımlar atın. Müştərək fəaliyyət üçün də uğurludur.
ŞİR - Mənfi enerjili Ayın bürcünüzdə olması səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə də başlamayın.
QIZ - Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yoldaşlarınızla və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
TƏRƏZİ - Günün ümumi axarı enerjinizi ikiqat artıracaq. Bu isə şəxsi işlərinizdə böyük irəliləyişlərin start götürəcəyinə şərait yaradacaq. İndiki halda gələcəyə ümidlə baxmalısınız.
ƏQRƏB - Güzəştə getməyi sevməyən təbiətin bu çağında bacardığınız qədər təmkin göstərin. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, həzin bir musiqiyə qulaq asasınız.
OXATAN - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın.
OĞLAQ – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda isə istirahət edin.
SUTÖKƏN – Mövcud sıxıntılarınıza görə dünyanı ittiham etməyin. Baş verənlərin səbəbini insanlarda və özünüzdə arayın. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Sevgi amilinə də diqqəti artırın.
BALIQLAR - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.