18 İyul 2015 13:28
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan həqiqətən də tolerant ölkədir. Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil.

Teleqraf.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bu gün jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda müsəlmanlar arasında birlik var: “Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar. Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlətimiz də şərait yaradıb. Dövlət tərəfindən dinə və dindarlara böyük qayğı və dəstək var. Bunun bünövrəsini ulu öndərimiz Heydər Əliyev qoyub. İndi isə bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Cənab Prezident dövlətimiz və xalqımızın mənəvi dirçəlişi üçün böyük işlər görüb”.

QMİ sədri bəzi ölkələrdən İslam dini adından sui-istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədilməsi və vəhşiliklər edilməsinə də münasibət bildirib: “Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər. İslam dini adından sui-istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası, məzhəblərarası qarşıdurmanı qəbul etmir”.

A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada bərabərliyin, sülhün tərəfdarıdır.


Müəllif:

Oxşar xəbərlər